Ərzaqlara hopan qoxu ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ

 17:14 25.08.2026     524

Bəzən istər iri, istərsə də kiçik marketlərdə içəridə xoş qoxu yaratmaq məqsədilə müxtəlif hava təravətləndiricilərindən və xüsusi ətirləndiricilərdən istifadə olunur. Lakin belə vasitələrin kəskin və ya davamlı qoxusu istər-istəməz satışda olan ərzaq məhsullarına da hopa bilər. Son vaxtlar bəzi alıcılar mağazalarda bu cür hallarla daha çox qarşılaşdıqlarını bildirərək, marketlərdə istifadə olunan ətirləndiricilərin ərzaqların qoxusuna və keyfiyyətinə təsir etməsindən narahat olduqlarını deyirlər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, belə məsələləri dövlət orqanları qarşısında qaldıranda deyirlər ki, həmin obyektlər onların öz ərazisidir və necə istəsələr, elə də davranarlar:

"Lakin xüsusən ərzaq mağazalarına Qida Təhlükəsizliyi Agentliyi mütləq nəzarət etməlidir və bu iy-qoxu verən maddələrin ərzaqlara hopması ilə bağlı vəziyyəti araşdırmalıdır. Bu, Qida Təhlükəsizliyi Agentliyinin funksiyasına daxildir. Harada belə bir hal müşahidə olunarsa, vətəndaşlara 1003 telefon xətti vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməyi tövsiyə edirəm".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən