Maştağada yağış sularının yaratdığı problemə rəsmi CAVAB

 16:52 01.09.2026     579

Sabunçu rayonunun Maştağa qəsəbəsində, Heydər Əliyev adına parkın qarşısında yerləşən “Əzizin tini” ərazisində yağış sularının yaratdığı problem yenidən özünü göstərib. Bakı şəhərinin bir sıra ərazilərinə yağan son yağışdan sonra həmin ərazidə su yığılması müşahidə olunub. Ərazidə marşrut avtobuslarının dayanacağı da yerləşir ki, bu da vəziyyəti sakinlər və sərnişinlər üçün daha da çətinləşdirir. Məsələ ilə bağlı daha əvvəl də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə bir neçə dəfə sorğu ünvanlasaq da, ərazidə problemin aradan qaldırılması istiqamətində hansı işlərin görüldüyü aydın deyil.

Yaxın zamanda ərazidə bərpa və abadlıq işlərinin aparılması nəzərdə tutulurmu?

Redaktor.az məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladı.

Sorğuya cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda İri Şəhərlərin Su Təchizatının tullantı su şəbəkəsi mövcud deyil. 

"Tullantı su sistemi mövcud olmayan ərazilərdə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".

Aytəkin TOFİQQIZI

22
Vumart və Güvən reklamı Vumart Güvən