Bu il balıq qiymətləri necə olacaq? - İqtisadçıdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən Azərbaycanda kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ovuna tətbiq olunan moratorium başa çatıb və balıq ovu mövsümü açıq elan edilib.
Maraqlıdır, bəs balıq məhsullarının qiymətləri necə dəyişəcək?
Redaktor.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, bazarda balıq bol olacaqsa, bu, qiymətlərə təsir etməlidir:
.jpg)
"Yəni balıq qiymətləri ucuzlaşmalıdır. Amma bundan öncəki illərin təcrübəsi bizə onu deməyə əsas verir ki, heç də bu belə olmur. Azərbaycanda ümumiyyətlə balıq məhsulları çox bahadır. Dəniz ölkəsiyik, amma balıq məhsulları bahadır. Bununla bağlı yəqin ki, müəyyən addımlara da ehtiyac var. Yəni, balıqçılıq təsərrüfatlarının artırılmasına ehtiyac var, Xəzərdə balığın sayının artırılması üçün tədbirlərə ehtiyac var. Əslində, bu, sentyabrın 1-də qadağanın aradan qaldırılmasının ilk halı deyil. Əvvəlki illərdə də belə hallar baş verib, lakin bu, qiymətlərə ciddi təsir göstərməyib".
Aytəkin TOFİQQIZI













