“Bravo”da konfetlərin qiyməti niyə 100 qramla göstərilir? - Rəsmi CAVAB
“Bravo” marketlərində konfetlərin üzərində qiymətin kiloqramla deyil, 100 qram üzrə göstərilməsi bəzi alıcıların narazılığına səbəb olub. Belə ki, bəzi hallarda müştərilər qiyməti ilk baxışdan kiloqramın qiyməti kimi başa düşə bilirlər.
Maraqlıdır, məhsulların qiymətinin 100 qram üzrə göstərilməsinin səbəbi nədir?
Redaktor.az məsələ ilə bağlı "Bravo"ya sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, bir neçə aydır ki, qiymətlər belədir:
"Bu, dünya bazarında da eyni formadadır ki, 100 qramlıq məhsullara qiymətlər qoyulur. Eynilə çərəzlərdə də görə bilərsiniz. Bu, müştərilərin işini biraz da asanlaşdırmaq üçündür ki, onlar qramla aldıqda avtomatik olaraq 200 qramın qiyməti nə qədər olur, 300 qramın qiyməti nə qədər olur, elə daha rahat şəkildə bilsinlər".
Aytəkin TOFİQQIZI













