“Toy xərcləri ağırdır, gənclər ailə qura bilmir” - Mail Yaqub

 17:55 03.09.2026     259

"Mən ümumiyyətlə dövlətin toylara və yaslara müdaxiləsini təqdir edirəm. Nəyə görə? Çünki bəzi sahələr var ki, onları başıpozuq buraxanda orada xeyli ədalətsizlik və problemlər yaranır. O sahələrdən biri toydur, biri də yasdır".

Bunu Redaktor.az-a açıqlamasında sosioloq Mail Yaqub bildirdi.

Onun sözlərinə görə, toylar, həmçinin yas mərasimləri indi o qədər dəbdəbəli hala gəlib ki, gənclər toy edə bilmirlər:

"Xərclər ağırdır. Ona görə də Azərbaycanda nikahların sayı kəskin surətdə azalıb. Nikahların sayı azalıbsa, bu, demoqrafik problemdir. Uşaq doğumunun sayı azalıb, artım tempi aşağı düşüb. Belə getsə, Azərbaycanda əhalinin sayı azalacaq. Qocaların, yaşlı və ahıl insanların sayı çoxalacaq, pensiya fondu yüklənəcək. Bax, bu da bir sıra fəsadlara səbəb olacaq. Ona görə toylar asanlaşmalıdır, ailə qurmaq asanlaşmalıdır. Bax, bu istiqamətdə həmin təklif verilib. Söhbət o 100 və ya 200 nəfərdən də getmir. Mən düşünmürəm ki, dövlət belə bir qərar qəbul etsin ki, toyda yalnız 100 nəfər iştirak etsin. Yox, bu, bəlkə də 200 nəfər də ola bilər. Amma əsas məsələ budur ki, toylar asanlaşsın. Bu qədər dəbdəbəyə nə ehtiyac var?"

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən