FHN-də qanvermə aksiyası keçirildi - VİDEO

 12:50 05.09.2026     413

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib.

Bu barədə Redaktor.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

“Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin tibbi personalının iştirakı ilə təşkil olunan və iki gün davam edən qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən vətəndaşlara dəstək məqsədilə keçirilib.

Qanvermə aksiyasında Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının şəxsi heyəti könüllü olaraq iştirak edib.

22222222222
Vumart və Güvən reklamı Vumart Güvən