FHN-dən “Şəki Yaylası”ndakı hadisə ilə bağlı AÇIQLAMA

 16:41 09.09.2026     477

Xəbər verdiyimiz kimi, dünən “Şəki yaylası”nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib.

Redaktor.az hadisə ilə bağlı Fövqəladə Hallar Naziliyinə sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, hadisənin baş verdiyi ərazidə quraşdırılmış “zipline” iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur:

"Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyildir və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən