Bakıda avtobuslarda nəfəs almaq çətinləşdi: Yarım milyondan çox sərnişin...

 18:56 15.09.2026     356

Bu gün saat 10:00-dək paytaxtda avtobus marşrutları üzrə ümumilikdə 549 474 sərnişin daşınıb. Günün ilk saatlarında yarım milyondan çox sərnişinin ictimai nəqliyyatdan istifadə etməsi isə Bakı nəqliyyat sisteminə əlavə yük yarada bilər.

Bəs bu qədər sərnişin axını şəhərin nəqliyyatına necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, son 5 ildə avtobusların sayı 46 faiz artıb:

"Bu gün maksimal saya 2530-a çatdırılıb. Bu qədər marşrutun olması təbiidir. İndi metro da bağlıdır, universitetlər açılıb, "Gənclik" - "Nizami" arasında gediş yoxdur deyə, artıq insanlar avtobusa daha çox üstünlük verirlər. Başqa çıxış yolu da yoxdur. Gözlənilən də bu idi. İndi lap yaxşıdır, nə gözəl ki, belə hərəkətlərə yol verirlər, belə hərəkəti təşkil edirlər. Biz əslində vəziyyətin daha da bərbad olacağını proqnozlaşdırırdıq. Amma şükür ki, çox da elə bərbad olmadı, çox da dözülməz bir vəziyyət yaranmadı".

Qeyd edək ki, gün ərzində sərnişinlər avtobuslarda yaranan sıxlıqdan, eləcə də yollardakı tıxaclardan narazılıqlarını ifadə ediblər. Xüsusilə ictimai nəqliyyatda sərnişin sıxlığının artmasının gediş-gəlişə və avtobusların hərəkətinə təsir etdiyi bildirilib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən