83 nömrəli avtobuslar niyə yenilənmir? - AYNA AÇIQLADI
Paytaxtın Biləcəri qəsəbəsindən şəhər istiqamətində hərəkət edən 83 nömrəli avtobusların texniki vəziyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Belə ki, sərnişinlərin istifadə etdiyi bu avtobuslar hələ də köhnə vəziyyətdədir. Avtobuslarda havalandırma sistemi və kondisioner mövcud deyil. Bu isə xüsusilə isti havalarda sərnişinlərin narahatlığına səbəb olur.
83 nömrəli marşrut xəttində istifadə olunan avtobusların yenilənməsi nəzərdə tutulurmu? Əgər belə bir plan varsa, bu, nə vaxt həyata keçiriləcək?
Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, 83 nömrəli marşrutun daşıyıcısına avtobusların yenilənməsi ilə bağlı tapşırıq verilib.
"Daşıyıcı avtobusların yenilənməsi istiqamətində iş aparılır".
Xədicə BAXIŞLI













