"İndi kimsə durub “xətt ayırır” deyə insanlar küçələrdə qalıb" - Tural Abbaslıdan ETİRAZ

 17:36 22.09.2026     105

"İndi mən metronun bağlanmasının üzərinə getdim. İndi Metropolitenin rəhbərliyi də bəzi "blogerlərə", filanlara, aidiyyəti olan-olmayan, danışığını bilən-bilməyən, yəni fikirlərini belə doğru-düzgün ifadə edə bilməyən troll dəstələrinə pul paylayır ki, Turalı tənqid edin, guya o bilmir, filan etmir".

Redaktor.az xəbər veirir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı verlişlərin birində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Bakı metrosunda xətlərin ayrılması layihəsi Tağı Əhmədovun dövründə də olub:

"Metropolitenin bir işçisi var. Deyir ki, bu layihə 10 il bundan qabaq, Tağı Əhmədov tərəfindən hazırlanmışdı və 3 aya tətbiq olunacaqdı. Üç aya... Yay müddətində 3 aya tətbiq olunması nəzərdə tutulurdu. Məsələ Abid Şərifova getdi, təsdiqlənməsi məsələsi oldu. Abid Şərifov dedi: “Üç ay camaata əziyyət vermək olmaz. Bunu lap qısa müddətdə eləyin. İndi 11 ay olub və camaatın da ən pik vaxtı, sentyabrda... Tağı Əhmədova rəhmət oxudular. Tağı Əhmədov, sən demə, bunların ən yaxşı iş biləni imiş. Biz kişinin haqqına girmişik. İndi küçədə üz-üzə gəlsə, tanımazsınız kimdir bu adam, Metropolitenin indiki rəhbəri. İndi 11 ay uzadıb və hələ utanmaz-utanmaz günə çıxıb deyirlər ki, “bu, sizin xeyrinizədir. Avtobus yolundakı avtobusları sayıram: bir, iki, üç, dörd, beş... Beş avtobus avtobus zolağında tıxacdadır. Bu yol, bilirsiniz, hansı yoldur? "28 May" ilə "Nizami" metrosu arasındakı yoldur. O yolda metro ilə 2 dəqiqəyə gedilir. İndi kimsə durub “xətt ayırır” və sair işlər görür deyə insanlar küçələrdə qalıb".

Qeyd edək ki, avqustun 15-dən Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılıb. Prosesin 10-11 ay davam edəcəyi bildirilib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən