Lənkəranda atalığı 3 yaşlı uşağı döyüb? - YENİLƏNİB
Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb.
Redaktor.az xəbər verir ki, TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlı (kişi) bu gün saat 05:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
Azyaşlıya dəqiqləşdirilməmiş sağ gözaltı nahiyədə, sol qulağında, sifətində və kürək nahiyəsində qançır diaqnozları təyin olunub.
Xəsarət alan azyaşlıya zəruri tibbi xidmətlər göstərilib, müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyəti stabil qiymətləndirilir”.
***
Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu səhər şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2023-cü il təvəllüdlü Ə.E. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir.
Valideynləri övladlarının digər uşaqlarla oynayarkən xəsarət aldığını qeyd etsələr də, 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır: “Müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”.













