FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər KEÇİRİLDİ

 14:22 26.09.2026     55

27 Sentyabr – Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin strukturlarında silsilə tədbirlər keçirilib.

Nazirlikdən Redaktor.az-a verilən xəbərə görə, əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Dahi Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan anım tədbirlərində torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən cəmi 44 gün ərzində 30 ilə yaxın müddətdə düşmən tərəfindən işğal altında saxlanılan əzəli torpaqlarımız azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Məhz Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, parlaq zəkası və dəmir iradəsi sayəsində rəşadətli Azərbaycan Silahlı Qüvvələri hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Qəhrəman Ordumuzun misilsiz şücaəti, cəsur əsgər və zabitlərimizin işğal altında olan Vətən torpaqları uğrunda apardığı ölüm-dirim mübarizəsi sayəsində ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tapıb. Silahlı Qüvvələrimizin sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində təcavüzkar Ermənistan ordusu darmadağın edilib, nəticədə düşmən kapitulasiya sənədini imzalamaq məcburiyyətində qalıb. Vurğulanıb ki, uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Beləliklə, dövlətimizin suverenliyi Azərbaycan xalqının şanlı qəhrəmanlıq mübarizəsi nəticəsində təmin edilib.

Çıxış edənlər doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Tədbirlərdə Anım Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Qeyd edək ki, Anım Günü ilə əlaqədar şəxsi heyət tərəfindən Şəhidlər xiyabanı ziyarət edilərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri yad edilib, həmçinin genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.

22222222222222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən