Məişət zorakılığı niyə artır? - AÇIQLAMA

 20:30 29.09.2026     161

Son zamanlar cəmiyyətimizdə məişət zorakılıqlarının artdığı müşahidə olunur.

Bəs maraqlıdır, son zamanlar artan məişət zorakılıqlarının səbəbi nə ola bilər?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Redaktor.az-a açıqlamasında bildirdi ki, məişət zorakılığının artmasının səbəblərindən biri insanların bir-birinin reallığını qəbul etməməsidir:

“Hər kəs qarşı tərəfdən müəyyən gözləntilər formalaşdırır və onu öz düşüncəsinə uyğun görmək istəyir. Bu gözləntilər qarşılanmadıqda konflikt dərinləşir. İnsan çox vaxt evdə yaşadığı gərginliyi işinə, işdə yaşadığı problemi isə evinə daşıyır. Yığılan stress, qəzəb, nəzarət ehtiyacı və konfliktləri sağlam şəkildə həll edə bilməmək zorakı davranışa çevrilir. Məişət zorakılığını yalnız ailədaxili münaqişə kimi qiymətləndirmək düzgün deyil. Zorakılıq göstərən şəxsin davranışında psixoloji və davranış pozuntuları, aqressiyanı idarə edə bilməmək və zorakılığı legitimləşdirən düşüncə tərzi ola bilər. Cinayət davranışı isə hüquqi yox, həm də ciddi psixoloji və sosial amillərlə əlaqəli mürəkkəb davranışdır”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən