Pul karta gəlməyib, amma çek göndərib - Saxta ödənişlərlə bağlı VƏKİLDƏN XƏBƏRDARLIQ

 20:26 29.09.2026     121

Xonça mağazası işlədən xanım sosial şəbəkədə paylaşım edərək bildirib ki, bir nəfər ondan xonça sifariş edib və 70 manat beh göndərdiyini bildirərək çek də yollayıb. Təxminən 2 saat sonra isə sifarişçi “Ölənimiz var, xonçaları istəmirik, behimizi qaytarın” deyə mesaj yazıb. Eyni gündə daha bir adam 100 manatlıq sifariş verib, daha sonra ləğv edib. Sonradan kartına baxanda görüb ki, heç pullar karta gəlməyib, çeklər süni intellekt vasitəsilə hazırlanıb.

Bəs belə olan halda vətəndaş nə etməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında vəkil Cavanşir Qasımzadə bildirdi ki, burada məsələ təkcə Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq əməli ilə bitmir və məhdudlaşmır:

“Çünki burada saxta sənəd məsələsi də var. Saxta sənədin hazırlanması, belə deyək, istifadəsi və bununla bağlı bütün əməllər Cinayət Məcəlləsinin 320-ci maddəsində öz əksini tapıb. Yəni həmin maddələr orada öz əksini tapır. Şəxs bunu edən şəxs təkcə 178-ci maddə, yəni dələduzluq əməli ilə bağlı cinayət məsuliyyəti daşımır, həm də 320-ci maddə üzrə saxta sənədlə bağlı cinayət məsuliyyəti daşıyır.

Təbii ki, zərərçəkən şəxs qeyd edilən halla bağlı müvafiq hüquq-mühafizə orqanına müraciət etməlidir. Yəni cinayətin törədildiyi yer nəzərə alınır. Məsələn, şəxs pulu harada ona atıb? Evindəmi oturub, ofisindəmi, iş yerindəmi oturub həmin pulu ona göndərib? Sonuncu cinayətin törədildiyi yer həmin şəxsin pulu göndərdiyi yer hesab olunur. Həmin ərazi üzrə aidiyyəti müvafiq hüquq-mühafizə orqanına, yəni polisə və yaxud prokurorluğa müraciət edə bilərlər. Təbii ki, ərazi aidiyyətinin müəyyən edilməsi ilə bağlı problem yarandıqda, o zaman Daxili İşlər Nazirliyinə birbaşa müraciət edilə bilər. Həmin müraciət Daxili İşlər Nazirliyi tərəfindən aidiyyəti üzrə göndəriləcək”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən