Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - SİYAHI
Azərbaycanda bir sıra məhsullar oyuncaq sayılmayacaq.
Redaktor.az xəbər verir ki, sözügedən məsələ Baş nazir Əli Əsədovun təsdiqlədiyi "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"də əksini tapıb.
Qərara əsasən, aşağıdakılar oyuncaq sayılmayacaq:
- Yolka ağacı bəzəkləri, süni ağaclar və aksesuarları, elektrik çələngləri;
- 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan kolleksiya məqsədləri üçün hazırlanmış miqyaslı modellər;
- Uşaq meydançaları üçün avadanlıqlar;
- İdman avadanlıqları, o cümlədən sualtı avadanlıqlar;
- 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan folklor və dekorativ kuklalar;
- Ümumi istifadə üçün ictimai yerlərdə quraşdırılmış "peşəkar" oyuncaqlar;
- Oyun avtomatları;
- 500-dən çox parçadan ibarət pazllar;
- Pnevmatik silahlar;
- Katapultlar və atıcı qurğular;
- Metal başlıqlı atıcı mərmilər;
- Oyuncaqla birlikdə təchiz olunanlar da daxil olmaqla, oyuncaq üçün şəbəkədən qidalanan transformatorlar, akkumulyatorlu batareyalar üçün şarj cihazları;
- Tərkibində qızdırıcı elementləri olan və böyüklərin nəzarəti altında tədris prosesində istifadə üçün nəzərdə tutulmuş məhsullar;
- Daxili yanma mühərrikləri olan, 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri;
- Buxar mühərrikləri olan oyuncaq avtomobillər;
- Yollarda ümumi istifadə üçün nəzərdə tutulmuş velosipedlər;
- 24 V-dan yuxarı nominal gərginliklərdə işləyən oyunlar və oyuncaqlar;
- Odlu silahların dəqiq surətləri;
- Uşaqlar üçün bijüteriya;
- Üzgüçülük cihazları (məsələn, qollara taxılan şişmə manjetlər);
- Qoruyucu ləvazimatlar (üzgüçülük eynəkləri, gün eynəkləri, velosiped və skeytbord dəbilqələri);
- Uşağın rezin qaytandan istifadə edərək atdığı uçan oyuncaqlar;
- Uzadılmamış vəziyyətdə uzunluğu 1200 millimetrdən çox olan atıcı yaylar;
- Uşaqlar üçün lateks, rezin və silikon elastomerlərdən hazırlanmış sanitar məmulatlar.
Qərar altı ay sonra qüvvəyə minəcək.













