Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? - RƏSMİ AÇIQLAMA

 18:30 09.10.2026     146

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, nazirlik yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

“Sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir”, - açıqlamada qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən