Yaşadığınız ərazidə ekoloji təhlükə varmı? - Deputatdan diqqətçəkən TƏKLİF

 12:11 16.10.2026     82

"Yüksək riskli və ekoloji təsiri nisbətən aşağı olan fəaliyyətlərə nəzarət və tənzimləmə istehsalın xarakterinə, risk səviyyəsinə və mümkün fəsadların miqyasına uyğun müəyyən edilməlidir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Nigar Məmmədova bildirdi.

O nəzərə çatdırdı ki, digər mühüm məsələ sosial-iqtisadi yanaşmanın tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin rəsmi internet resursunda yerləşdirilməsidir:

"Bunu müsbət addım hesab edirəm. Bununla yanaşı, təklif edirəm ki, bu məlumatlar vətəndaşlara sadə, aydın və anlaşılan formada təqdim olunsun. Çünki hər bir vətəndaş yaşadığı ərazidə ətraf mühitin vəziyyəti, mümkün ekoloji risklər və onların qarşısının alınması üçün dövlət tərəfindən görülən tədbirlər barədə məlumat əldə edə bilməlidir. Hesab edirəm ki, bu təkliflər ekoloji nəzarətin gücləndirilməsi ilə yanaşı, ətraf mühitin mühafizəsinə daha məsuliyyətli yanaşmanın formalaşmasına da töhfə verə bilər. Unutmamalıyıq ki, ətraf mühitin qorunması gələcəyə qoyulan sərmayədir. Bu sahədə atılan hər bir addım insanların sağlamlığına, uşaqlarımızın gələcəyinə və ölkəmizin dayanıqlı inkişafına xidmət edir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən