Dövlət qulluqçularının pensiyası necə hesablanacaq? - Deputat AÇIQLADI

 17:06 26.10.2026     143

""Əmək Pensiyaları haqqında" qanuna edilən dəyişikliklər Milli Məclisdə qəbul edilib və cənab prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin bir qismi oktyabrın 1-dən qüvvədə olacaq. O cümlədən, təbii ki, yeni pensiya təyinatının hesablanması ilə bağlı qaydalar da oktyabrın 1-dən etibarən qüvvədə olacaq".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov dedi.

"Gözlənti ondan ibarətdir ki, dəyişikliklər təsdiq olunduqdan sonra oktyabrın 1-dən etibarən pensiya təyinatlarında yeni mexanizmlərdən, yəni sosial yığım və sabit əlavə yanaşmasından istifadə olunacaq. Ona görə də bu, dövlət qulluğunda azı 15 il çalışmış vətəndaşlarımıza şamil olunacaq. Həmin vətəndaşlarımız üçün həm topladığı kapital, həm də sabit əlavə hesabına pensiya müəyyənləşdirilir", - deyə o bildirdi.

Millət vəkili vurğuladı ki, əgər vətəndaşın 100 min manat pensiya kapitalı varsa, onun 85%-i, yəni 85 000 manatı fərdi hesabında toplanacaq:

"85 000 manat 144-ə bölünəcək, alınan 590 manatın üzərinə sabit əlavə gələcək. Sabit əlavə gəldikdən sonra isə alınan məbləğ həmin vətəndaşımızın pensiya kapitalı olacaq və sabit məbləğin əlavə olunacağı vətəndaşlarımızın siyahısı da "Əmək pensiyası haqqında" qanuna edilən dəyişikliklərdə öz əksini tapıb. Bura dövlət qulluqçuları, Müdafiə Nazirliyinin hərbçiləri və bir sıra dövlət qurumlarında çalışan vətəndaşlarımız daxildir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən