“McDonald’s” müştərisinin kartından pul çıxılıb, lakin geri qaytarılmayıb - ŞİKAYƏT

 11:22 04.11.2026     178

Bakıda fəaliyyət göstərən “McDonald’s” restoranının Neftçilər filialında müştəri kartla etdiyi ödənişlə bağlı problemlə üzləşib. Vətəndaşın sözlərinə görə, oktyabrın 7-də restorandakı özünəxidmət köşkündən sifariş verərək ödəniş etsə də, kartından pul çıxılmasına baxmayaraq, sifariş qəbzi təqdim edilməyib. Əməkdaşların əməliyyatı ləğv etdiklərini və məbləğin geri qaytarılacağını bildirmələrinə baxmayaraq, bir aydır pulunu ala bilmir.

Redaktor.az xəbər verir ki, şikayətçi bu barədə sosial şəbəkədə paylaşıb.

Şikayətçi vurğulayıb ki, hadisə zamanı restorandakı əməkdaşa məlumat verib:

"Əməkdaş POS-terminalda əməliyyatı ləğv etmək üçün “Cancel” düyməsini seçib. Bundan sonra çap olunan çekdə ödənişin kassada edilməli olduğu qeyd olunub. Kassaya yaxınlaşdıqda isə mənə kartımdan çıxılan məbləğin geri qaytarılacağı dedilər. Sonradan bankla əlaqə saxladım və hesabımda heç bir geri qaytarılma əməliyyatının olmadığı bildirildi. Məsələni həll etmək üçün restorana müraciət etdim. Əməkdaşlar problemin araşdırılması məqsədilə elektron poçt vasitəsilə müraciət göndəriləcəyini və pulun geri qaytarılacağını desələr də, nəticə olmadı".

Vətəndaş qeyd edib ki, bir həftə sonra yenidən restorana yaxınlaşdıqda əvvəlki müraciətin kifayət qədər ətraflı yazılmadığı bildirilib və təkrar müraciət göndərilib. Lakin bundan sonra da problem həllini tapmayıb:

"Dəfələrlə müraciət etdim, vaxt itirdim və verilən vədləri gözlədim, ancaq bu günədək nə pulunu geri ala bilmişəm, nə də məsələ ilə bağlı dolğun cavab. Mesaj göndərirəm, oxuyub ancaq cavab vermirlər. Problem yalnız pulun geri qaytarılması deyil, həm də müştəri ilə düzgün rəftar etmirlər. Məsələni yenidən araşdıraraq kartımdan çıxılan məbləğin geri qaytarılmasını tələb edirəm".

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən