İşləməyən analara da 100 manat verilməlidir - Deputatdan TƏKLİF

 16:42 05.11.2026     14

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində 3 yaşınadək uşağı olan analara verilən müavinətin 100 manata qaldırılması təklif olunub. Lakin bu təklif yalnız rəsmi iş yeri olan və uşağa qulluqla bağlı məzuniyyətə çıxan anaları əhatə edir.

Bəs işləməyən anaların bu müavinətdən kənarda qalmasının səbəbi nədir? Gələcəkdə bu ödənişin işləməyən analara da şamil olunması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Fazil Mustafa bildirdi ki, bu məsələ işləməyən analara da şamil olunmalıdır:

"Ən azı nəzərdə tutulan vəsaitin 50 faizi işləməyən analar üçün də ayrılmalıdır. Çünki bizim üçün əsas məsələ uşağın sağlamlığıdır. Təbii ki, ananın işləməsi və ya digər statusu ola bilər, amma bu məsələdə uşağın sağlamlığına üstünlük verməliyik. Ona görə də hesab edirəm ki, bu dəstəyin ən azı 50 faizinin işləməyən analar üçün də təmin olunması nəzərdə tutula bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən