Ailələrin sosial təminatının gücləndirilməsi dövlətimizin diqqət mərkəzindədir - Aydın Mirzəzadə
Xəbər verdiyimiz kimi, Azərbaycanda 3 yaşınadək uşağa qulluğa görə ödənilən aylıq müavinətin isə 100 manata çatdırılması nəzərdə tutulur.
Müzakirə olunan qanun layihəsi ilə bağlı fikirlərini Redaktor.az-a danışan deputat Aydın Mirzəzadə bildirdi ki, bu dəyişikliklər dövlətin sosial siyasətinin daha da gücləndirilməsi deməkdir:
"Cənab Prezidentin tapşırığı ilə hökumət və ayrı-ayrı dövlət qurumları vaxtaşırı yeni iş yerlərinin yaradılması, əməkhaqlarının və müavinətlərin artırılması, sosial ödənişlərin yaxşılaşdırılması istiqamətində ciddi işlər aparırlar. Gələn ilin büdcəsində də bu artımlar nəzərə alınır. Ailələrin sosial təminatının gücləndirilməsi, övlad böyüdülməsi üçün maddi rifahın yaxşılaşdırılması bundan sonra da dövlətimizin diqqət mərkəzində olacaq".
NURİYYƏ













