Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət VERİLƏCƏK

 18:00 17.11.2026     37

Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur.

Redaktor.az xəbər verir ki, sözügedən məsələ "Hərbi qulluqçuların statusu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti ödənilməsi təklif olunur.

Qeyd edək ki, növbəti ildən minimum aylıq əməkhaqqının 500 manat olacağı proqnozlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən