"Rayonlarda avtobuslar köhnədir, texniki vəziyyətləri yaxşı deyil" - PROBLEM

 12:58 19.11.2026     185

Azərbaycanda regionlarda ictimai nəqliyyatın vəziyyəti, xüsusilə rayonlararası və kənddaxili marşrutların təşkili ilə bağlı problemlər uzun müddətdir müzakirə olunur. Bir sıra rayonlarda avtobusların azlığı, marşrutların müntəzəm fəaliyyət göstərməməsi və bəzi yaşayış məntəqələrinə ictimai nəqliyyatın əlçatan olmaması sakinlərin gündəlik həyatında çətinliklər yaradır.  Məsələ ilə bağlı deputat Fatma Yıldırım da Bərdə rayonunda ictimai nəqliyyatın vəziyyətindən narazılığını ifadə edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, ümumilikdə, son bir ildə avtobus parkının yenilənməsi istiqamətində irəliləyiş müşahidə olunur:

"Gəncənin avtobus parkı yenilənib. Naxçıvanda, həmçinin Xankəndi və Qarabağın bir neçə şəhərində də yenilənmə işləri aparılıb. Növbəti illərdə digər şəhərlərin də avtobus parkının mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur. Nəzərə alaq ki, Azərbaycanda artıq elektrik avtobuslarının istehsalına başlanılıb. Düşünürəm ki, qarşıdakı illərdə digər şəhərlərin avtobus parkları da mərhələli şəkildə yenilənəcək. Bununla belə, ümumi vəziyyət hələ də qənaətbəxş deyil. Bir çox rayonlarda avtobuslar köhnədir və texniki vəziyyətləri yaxşı deyil".

NURİYYƏ

22222
Vumart və Güvən reklamı Vumart Güvən