"İki insan eyni maşındadırsa, mütləq sevgili olmalıdır?" - Aparıcının ölümü ilə bağlı yazılan şərhlərə SƏRT CAVAB

 11:10 24.11.2026     93

Psixoterapevt Aynur Qurbanqızı Lökbatanda baş verən ağır qəzada həyatını itirən aparıcı Ada Süleymanova və sürücü ilə bağlı sosial şəbəkələrdə yazılan rəylərə etiraz edib.  

Redaktor.az xəbər verir ki, o, feysbuk hesabında paylaşım edərək hadisə qurbanlarının ünvanına səsləndirilən təhqiramiz və qəddar şərhləri kəskin tənqid edib:  

"İmkan vermədilər ki, bu yazıqlara heç olmasa rahatlıqla bir rəhmət oxunsun… İki gənc insanın ömrü yarımçıq, 3 uşaq atasız qaldı. Özü də belə bir özəl gündə… Qəzada yerlərə tökülən güllər, hədiyyələr… Bundan ağır faciə nə ola bilər? Amma şərhlərə baxırsan: "Heyif maşından…", "Qız sinəsi açıq don geyinib, elə ölsə yaxşı idi…", "Kişi üç uşaq atasıdır, sevgilidirlər, yaxşı olub ölüblər". Və bu qəbildən minlərlə şərh…

Psixoterapevt həmçinin hadisə ilə bağlı ictimai qınağın və ön mühakimələrin yolverilməz olduğunu vurğulayıb:  

"Haqqında bu qədər çirkin fikirlər yazılan xanımın səhifəsinə baxdım. Savadlı, ciddi duruşu olan, qadınları güclü olmağa səsləyən, maarifləndirici videolar çəkən bir insandır. Amma lap belə olmasaydı da, nə dəyişərdi? İki insan eyni maşındadırsa, mütləq sevgili olmalıdır? Dost, iş yoldaşı, tanış ola bilməzlər? Bu ehtimal niyə ağıla gəlmir, ilk hər kəs pis niyyət axtarır. Tutaq ki, sevgili idilər. Bəs onda nə? Bu, onların ölümünə sevinməyə, arxalarınca təhqirlər yazmağa haqq qazandırır? Sanki, hamısı süddən çıxmış ağ qaşıqdırlar. İnsanların ölüsünü də rahat buraxmırlar. Heç olmasa, geridə qalan ailələri düşünün. Bu ölkədə adam ölməyə də qorxur. Çünki burada öləndən sonra da mühakimə olunursan… Allah hər ikisinə rəhmət eləsin".  

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən