“Prezident bizi öz dünyamıza qovuşdurdu” - Xocalıya qayıdan sakin DANIŞDI

 19:20 27.11.2026     45

Bu gün Xocalıya qayıdan sakinlərdən biri də Rəsul Alışovdur. Uzun illər doğma yurd həsrəti ilə yaşayan müsahibimiz ailəsi ilə birlikdə qayıdış sevincini yaşayır.

Redaktor.az Xocalıya qayıdan Rəsul Alışovla həmsöhbət olub. O, doğma yurda qayıtmağın sevincini sözlə ifadə etməyin çətin olduğunu bildirdi.

“Biz inanırdıq ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə bu iş olacaq. Ona inanırdıq ki, biz geri qayıdacağıq. Çünki o, böyük şəxsiyyət olub. Onun oğlu, siyasi kursunun davamçısı cənab Prezident İlham Əliyev bizi arzularımıza çatdırdı. Həmçinin bizi öz dünyamıza qovuşdurdu. Biz Qarabağımıza qayıtdıq. Bunu izah etmək çətindir”.

Həmsöhbətimiz Xocalıya kiminlə qayıtdığını da qeyd etdi:

“Buraya ailəmlə birlikdə qayıtmışam. Özüm universitetin tarix fakültəsini bitirmişəm və müəllim işləmişəm. İndi isə necə olacaq, inşallah, baxacağıq”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən