69 yaşlı kişini avtomobil vurdu HADİSƏ

 10:39 05.04.2019     765

Göyçayda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Redaktor.az-ın məlumatına görə, aprelin 4-də gecə saatlarında şəhər sakini, 1950-ci il təvəllüdlü Miriyev Abduləli oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.