Bakı-Gəncə sürət qatarında gediş haqqı ENDİRİLİR

 18:24 05.04.2019     475

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının qiymət cədvəlində dəyişiklik edilib.

Azərbaycan Dəmir Yolları QSC-dən Redaktor.az-a verilən məlumata görə, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının Biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 08.04.2019-cu il tarixdən etibarən 50 manatdan 25 manata endirilir.

 

Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılır.