Bakıda konsert və möhtəşəm atəşfəşanlıq təşkil olunacaq

 10:50 07.04.2019     457

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə əlaqədar bir sıra tədbirlər nəzərdə tutulub.

Redaktor.az-ın məlumatına görə, Bakının bütün rayonlarında bu gün ağacəkmə aksiyası, 17:00-da isə Bakı bulvarında konsert keçiriləcək.

Bundan başqa, 18:00-da Xəzər rayonunda Heydər Əliyev Mərkəzində fleşmob keçiriləcək.

Saat 21:00-da Dənizkənarı bulvarda möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.