188 nəfərlik təyyarə 1 sərnişinlə səfərə çıxdı TƏYYARƏDƏ 7 EKİPAJ ÜZVÜ OLUB

 11:55 07.04.2019     461

Litva vətəndaşı Skirmantas Strimaytis Vilnüsdən İtaliyaya uçan “Boeing 737-800” tipli təyyarənin yeganə sərnişini olub.

88 nəfərlik sərnişin daşıma qabiliyyətinə malik təyyarədə litvalı sərnişin İtaliyanın Bergamo aeroportuna iki pilot və beş bort köməkçisi ilə birlikdə uçub.

Redaktor.az Publika.az-a istinadən xəbər verir ki, Turist şirkəti “Novatrus” məlumat yayıb ki, əslində təyyarə İtaliyadan Litvaya turist qrupunu gətirmək üçün göndərilib. Sadəcə boş uçmasın deyə turfirma yalnız bir tərəfə bilet satıb. Məhz həmin biletlərdən cəmi bir nəfər alıb.