"Gəncləri siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq" Mədət Quliyev

 14:37 07.04.2019     604

Gəncləri siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Veloparkda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar "Az avtomobil, çox həyat" devizi altında keçirilən velosiped yürüşü zamanı deyib.

M.Quliyev qeyd edib: "Biz bu addımımızla ümumdünya sağlamlıq prosesinə qoşuluruq və gənclərimizi xoşagəlməz vərdişlərdən, həmçinin siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq. Gəlsinlər, idmanla məşğul olsunlar və öz sağlamlıqlarına diqqət yetirsinlər".

Vumart və Güvən reklamı Vumart Güvən