Nərimanov gəncləri “On milyon” adlı fleşmob keçirib

 18:46 07.04.2019     214

Heydər Əliyev Mərkəzinin qarşısında Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gənclərinin iştirakı ilə “On milyon” adlı fleşmob keçirilib.

Redaktor.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, 200-dən artıq rayon gəncinin iştirak etdiyi fleşmob Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə təşkil olunub.

Fleşmob gənclərin, Mərkəz ətrafında istirahət edən sakinlərin, turistlərin böyük marağına səbəb olub.