Urmiya gölünün quruma təhlükəsi ARADAN QALXIB

 18:23 08.04.2019     731

Son həftələrdə İranda yağan aramsız yağışlar Urmiya gölünün quruma təhlükəsini aradan qaldırıb.

Redaktor.az İRNA agentliyinə istinadən məlumat verir ki, bu barədə Şərqi Azərbaycan ostanlığının valisi Məhəmmədrza Purməhəmmədi vilayətin böhran üzrə Koordinasiya Şurasının iclasında bildirib.

”Bununla belə, göldəki su ehtiyatı normal səviyyədən çox azdır. Gölün canlanması üçün daha çox suya ehtiyac var".

Onun sözlərinə görə, hazırda göldə 3 milyard 130 milyon kub metr su var. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 1 milyard 150 milyon metr kub çox su deməkdir.

Anar Türkeş / Redaktor.az