İlham Əliyev 10 milyonuncu körpəyə mənzil bağışladı

 11:56 09.04.2019     675

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər.

Redaktor.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Prezident Ilham Əliyev Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə  mənzil bağışlayıb.
 
Bu gün keçirilən görüşdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzilin sənədlərini körpənin atasına təqdim edib.
 
Bunu Unikal.org-a körpənin atası Rauf Həsənov təsdiqləyib.
 
"Mənzilin sənədlərini bu gün cənab prezident İlham Əliyev və xanımı bizə təqdim etdi. Bu diqqətə görə cənab prezidentə və xanımına təşçəkkür edirəm".