10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə 25 minə yaxın ağac əkilib

 10:00 09.04.2019     465

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində kütləvi ağacəkmə aksiyaları keçirib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, 06-07 aprel 2019-cu il tarixlərində keçirilən aksiyalar zamanı paytaxtın inzibati rayonlarında ümumilikdə 3050, regionlarda isə meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 21 770 ədəd müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.

Ağacəkmə aksiyaları davam edir.

222222