QAZIN LİMİTİ rayonlar üzrə dəyişdirilə bilər Yeni TƏKLİF

 16:48 09.04.2019     878

"Qaz məsələsində, vətəndaşın konkret ödəniş qabiliyyəti və bölgələrin xüsusiyyəti mütləq nəzərə alınmalıdır".

Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, bütün hallarda ilk növbədə vətəndaşın durumu düşünülməlidir:

“Qiymətin birmənalı olaraq bütün bölgələrə eyni qaydada tətbiqi sonra ayrı-yrı vətəndaşların istehlak zamanı çətinliklərlə qarşılaşmasına səbəb olur. Müvafiq qurumlar bu məsələyə nəzarət etməlidirilər. Prioritet təkcə pul qazanmaq deyil, həmçinin vətəndaşı razı salmaq olmalıdır. Belə olarsa, məsələ həll olunar. Lakin bu həll yolunun yaxın günlərdə olacağı gözlənilmir. Çünki Tarif Şurasının yanaşma və araşdırmasına, həmçinin müəyyən qurumların hesabatlarını dəqiqləşdirməsinə ehtiyac var. Bu, təklif olaraq gündəmə gələ bilər, lakin yaxın günlərdə həll olunacağını düşünmürəm".

Bildiyimiz kimi, Tarif Şurasının qərarı ilə 2017-ci ilin yanvar ayının 1-dən etibarən ölkədə təbii qazın istifadəsinə limit qoyulub. Qərarə əsasən, vətəndaşların istehlak etdiyi təbii qazın illik həcminin 1700 kubmetri 10 qəpiklə, 1700 kubmetrdən artıq hissəsi isə 20 qəpiklə hesablanır.

İlin sonuna kimi təbii ki, əksər istehlakçı 1700 kubmetrdən daha çox qaz istifadə edir. Lakin bəzi bölgələrdə məskunlaşan əhali soyuq iqlimlə əlaqədar limiti daha tez keçirlər. Bu da coğrafi şəraitə uyğun olaraq qiymətlərin tənzimlənməsi məsələsini gündəmə gətirir.

“Qazın limitinin hansısa rayon üzrə daha tez bitməsi ilə bağlı statistika yoxdur”.

Bu sözləri  Redaktor.az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri  İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, qaz limitinin aşması abonentin onu necə işlətməsindən çox asılıdır:

“Çox istifadə olunduqda, təbii ki 1700 kubmetr limit bitir. Bilirsiniz, əhalinin əksəriyyəti limiti keçmir. Tarif şurasının qərarı differensial olduğu üçün əhalinin bütün təbəqələrinə eyni cür təsir etmir. Ona görə də, əksəriyyət limiti keçmir”.

 REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən