Yutub bir günə YARIM MİLYON izlənilən klipə QADAĞA QOYDU

 17:35 09.04.2019     810

Yutub sosial şəbəkəsi Rusiyanın məşhur rok qrupu “Alyans”a məxsus klipin izlənilməsini bloklayıb.

Redaktor.az “Ria novosti” agentliyinə istinadən məlumat verir ki, “Şəfəq” adlı klip 1 gün ərzində yarım milyon istifadəçi tərəfindən izlənilib. Lakin şəbəkə xidmət şərtlərinin pozulduğunu irəli sürərək, videonun yayımına qadağa qoyub.

Lakin müəllif Oleq Parastayevin şikayətindən sonra Yutub qadağanı aradan götürüb.

Qeyd edək ki, klip 1987-ci ildə lentə alınsa da, yalnız indi ictimaiyyətlə paylaşılıb.

Anar Türkeş / Redaktor.az