Azərbaycan İrana humanitar yardım göndərəcək Prezident tapşırıq verdi

 16:57 09.04.2019     453

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İranda aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar bu ölkəyə humanitar yardım aparacaq.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür.

Qeyd edək ki, qonşu ölkədə baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.