Azərbaycanlı jurnalistlərdən YENİ AKSİYA Tələbələrə təqaüd veriləcək

 17:39 09.04.2019     480

Azərbaycanlı jurnalistlər arasında yeni aksiyaya start verilib.

Redaktor.az bildirir ki, ilk olaraq tanınmış telejurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas Azərbaycan Dillər Universitetinin ən yaxşı oxuyan və maddi ehtiyacı olan bir tələbəsinə hər ay 100 manat məbləğində təqaüd verəcəyini açıqlayıb.

İlham Tumasın bu addımından sonra “Tələbələrdən birinə aylıq 100 manat təqaüd” aksiyasına tanınmış teleaparıcı Elçin Əlibəyli də qoşulub. O, şəhid rejissor Vaqif Əhmədov adına Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin bir tələbəsinə hər ay 100 manat məbləğində təqaüd verəcəyini bildirib.

Qeyd edək ki, İlham Tumasın verəcəyi təqaüd 1992-ci ildə Marquşevan uğrunda gedən döyüşlərdə şəhid olmuş İsayev Nazim Alim oğlu adına olacaq. Həmin tələbə ADU THİK-in İdarə Heyəti tərəfindən seçiləcək.

Bildirək ki, Nazim Alim oğlu İsayev Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin tələbəsi kimi könüllü olaraq Qarabağ müharibəsinə iştirak edib.

REDAKTOR.AZ