Azərbaycan və Rusiya turizm sahəsində birgə layihə reallaşdıra bilər

 09:19 11.04.2019     500

Azərbaycan Dövlət Turizm Agentliyi yaxın gələcəkdə rusiyalı tərəfdaşları ilə birgə turizm layihələrin reallaşdırılması ilə bağlı danışıqlar aparır.

Redaktor.az trend.az-a istinadən xəbər verir ki, bunu Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, hazırda Şimali Qafqaz istiqamətində birgə pilot layihələrin yaradılması ilə bağlı mümkün variantlar nəzərdən keçirilir:

“Ölkələrimizin turizm sahəsində, o cümlədən turist mübadiləsi məsələsində kifayət qədər böyük potensialı var. Rusiyalı tərəfdaşlarla fəal danışıqlar prosesində paket tur istifadəçiləri üçün sərhəd prosedurlarının sadələşdirilməsi ilə bağlı müzakirələr aparılır”.

K.Quluzadə bildirib ki, birgə layihənin reallaşdırılması yaxın aylarda başlaya bilər:

“Mayda və ya iyunun əvvəllərində biz birgə layihə ilə bağlı planlarımızı elan edəcəyik və konkret nailiyyətlər barədə ictimaiyyətə məlumat verəcəyik”.