Qusarda ağac kəsən şəxs 2950 manat cərimələnib

 16:21 11.04.2019     516

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Çiləgir kəndi ərazisində köküstə yaş müxtəlif cinsli 9 ağacın kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən kənd sakini Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2950 manat məbləğində cərimə tətbiq edilib.

Vumart və Güvən reklamı Vumart Güvən