Azərbaycanlı gəncin uğuru: Tarixdə ilk dəfə...

 19:35 11.04.2019     490

Tarixdə ilk dəfə azərbaycanlı gənc Cənubi Koreyada dövlət məmuru olub.

Redaktor.az Modern.az-a istinadən xəbər verir ki, gənc soydaşımız Nihat Xəlilzadə Seul İcra Hakimiyyətinin Xarici Vətəndaşların Konsulluğunda vitse-prezident kimi fəaliyyətə başlayıb. O həmçinin, Qanqnam Bələdiyyəsində Yoksam Qlobal Mərkəzinin direktoru vəzifəsində çalışır. 

Qeyd edək ki, Nihat Xəlilzadə 1992-ci ildə Masallı rayonunda anadan olub. 10 ilə yaxındır ki, Cənubi Koreyada yaşayır, Soongsil Universitetinin magistridir.