Bu ərazilərdə sarı kəsişmə toru nişanlanması təşkil edilib

 10:47 12.04.2019     442

74 yol kəsişməsi pilot layihəsinin icrası davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Redaktor.az-a verilən məlumata görə, hazırda işlər S.Vurğun, M. Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, D.Əliyeva, R.Behbudov, S.Rüstəm, Kiçik Dəniz küçələri, Azadlıq və Bülbül prospektlərini əhatə edən 20 kəsişmədə icra edilir. Görülən işlər çərçivəsində qeyd edilən kəsişmələrdə yeni yol nişanları quraşdırılır, mövcud çatışmazlıqlar aradan qaldırılır. İşlər ümumilikdə 120 ədəd yol nişanı üzərində aparılır.

Eyni zamanda artıq M.Füzuli küçəsinin S.Vurğun, R.Behbudov küçələri və Bülbül prospekti ilə kəsişməsində, həmçinin, Bülbül prospekti ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib.