XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq

 11:42 12.04.2019     471

Qaradağ rayonunun bəzi ərazilərində yenidənqurma işləri ilə əlaqədar işıq olmayacaq.

“Azərişıq” ASC-dən Redaktor.az-a verilən məlumata görə, bu gün saat 12.30-dan 16-00-dək 110 kv-luq 5-ci Xırdalan və 110/35/6 kv-luq 137 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ-sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.