Müdafiə Nazirliyinin Baş İdarəsində toplantı keçirilib

 12:27 12.04.2019     417

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində bu ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin mənəvi-psixoloji durumu, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb.

Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.

Yekunda cari ilin ikinci rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqları vəzifəli şəxslərə çatdırılıb.