Bu ərazidə hərəkət məhdudlaşdırılacaq

 13:48 13.04.2019     646

74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Ş.Bədəlbəyli küçəsinin R.Behbudov və S.Vurğun küçələri ilə kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan aprelin 14-ü səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.