Turistlərə yay müjdəsi: bu yol işinizi asanlaşdıracaq

 15:32 13.04.2019     517

Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik yolun tikintisinə başlanılıb.

Redaktor.az-ın Axar.az-a istinadən verdiyi xəbərə görə, Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu yenidən qurulduqdan sonra 13 min nəfərə yaxın sakinin rayon mərkəzinə gediş-gəlişi asanlaşacaq.

Tikinti zamanı qrunt sularının axıdılması üçün lazım olan yerlərdə suötürücü qurğular yerləşdiriləcək. Hazırda yolun torpaq yatağının bərkidilməsi işləri aparılır.

Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu turizm əhəmiyyətlidir. Gəndob-Yalama yolunun 24-cü kilometrliyindən başlayan yol yay mövsümündə yerli turistlərin Xəzər dənizinin Niyazoba çimərliklərinə getməsini rahatlaşdıracaq.

Vumart və Güvən reklamı Vumart Güvən