"İranda müayinələrdən keçdim, Tiflisdə böyrəyimi götürdülər" - Böyrəyini satanlardan ŞOK İFADƏLƏR

 22:00 13.04.2019     563

Böyrək alverində təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Redaktor.az
lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində danışan Rasim Bayramov deyib ki, tanışı vasitəsi ilə Fazil Həsənzadəylə görüşüb:

"Onun qohumuna təcili böyrək lazım idi. İrana getdik, yoxlamalardan keçdim. Böyrək uyğun gəldi. Bakıya gəldik, sonra Vahibin maşını ilə Gürcüstana getdik. Tiflisdə əməliyyat olundum, böyrəyimi götürdülər. Bunun qarşılığında zorla onlardan 2 min dollar pul ala bildim".

Təqsirləndirilən şəxs zərərçəkənin dediklərinə etiraz edib və bildirib ki, böyrəyinin qarşılığında 12 min manat pul alıb: "Yalandan danışır. Rasimə şəxsən 12 min manat pul vermişəm. Fazil müəllim isə mənə ayrıca 3 min dollar pul verdi".

Zərərçəkən isə qeyd edib ki, 2 min dollar verilib, yerdə qalan 10 min dolları tələb edir.

Vumart və Güvən reklamı Vumart Güvən