Millət vəkilləri veriliş aparacaq -VİDEO
Millət vəkilləri Sahib Alıyev və Rasim Musabəyov "ATV" telekanalında veriliş aparacaq.
Redaktor.az Metbuat.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev sosial şəbəkədəki hesabında məlumat verib.
S.Alıyev qeyd edib: "Gələn bazar ertəsindən hər həftə saat 23.00-da ATV-nin efirində fərqli baxışların yer aldığı yeni bir proqramla görüşünüzə gəlirik. Proqram sosial şəbəkədə də yayımlanacaq və gələcəkdə həftə ərzində baş verən mühüm olaylarla bağlı izləyici sualları, yaxud fikirləri də onlayn rejimdə efirə veriləcək. Şadam ki, bu proqramı Azərbaycanın siyasətşünasları arasında ən təcrübəli, intellektli və informasiyalı birisi kimi tanınan həmkarım Rasim Musabəyovla birgə aparacağıq. Əminəm ki, Rasim müəllimin aparıcılığı da ekspertliyi kimi uğurlu olacaq. Bizə vaxt ayırıb baxacaq hər kəsə öncədən təşəkkürümü bildirirəm!"












