Buraxılış imtahanı keçirildi - VİDEO

 06:49 15.04.2019     473

Hər kəs həyəcanla imtahan verən övladının və yaxınının yolunu gözləyir. Ən az imtahanda olan şagirdlər qədər onlar da həyəcanlıdır.

Görüntülər 11-ci siniflər üçün Sumqayıt şəhərindəbu gün keçirilən buraxılış imtahanındandır.

İmtahanın sullarına gəlincə isə şagirdlər ötən günlərdə sosial şəbəkədə yayılan suallarla bugünkü sualların oxşar olduğunu, ancaq eyni olmadıqlarını dedilər.

Sumqayıt şəhərinin 7 imtaham mərkəzdə 3 minə yaxin abuturient imtahan verib.

Bərdədə də imtahan həyəcanı yaşanıb.

Bərdə, Ağdam, Tərtər və Yevlax rayonlarında imtahanların keçirilməsi üçün ümumilikdə 9 imtahan mərkəzi ayrılıb.

İmtahan ümumilikdə ölkə ərazisində 27 şəhər və rayonda baş tutub və 28 min 919 şagirdin iştirakı nəzərdə tutulub. Tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.(xezerxeber)