Masazırda iki gün işıq olmayacaq

 16:32 15.04.2019     695

Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən Redaktor.az-a verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

Vumart və Güvən reklamı Vumart Güvən